Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlham Əliyev Mahmud Abbasa təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan hər zaman Fələstin xalqının azadlığı və müstəqilliyini dəstəkləmişdir. Ölkəmiz münaqişənin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla "iki dövlət" prinsipi əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Biz bundan sonra da BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi vasitəsilə və ikitərəfli əsasda Fələstinə humanitar dəstək göstərəcəyik.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələrimiz və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb