Azərbaycan Prezidenti İlham Əliyev bu gün Nardaranda olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 15: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
QMİ-nin sədri bildirib ki, Prezident İlham Əliyev Nardaran sakinləri, dindarlarla görüşüb:
“Dövlət başçısı həmişə əhalinin, o cümlədən dindarların problemlərinə həssaslıqla yanaşıb. Bu səfər də bunun bir nümunəsidir. Biz də dövlət başçısı ilə birlikdə Nardaranda olduq”.