Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlham Əliyev Paraqvay prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyaya təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Paraqvay Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə
Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanla Küveyt arasında imzalanmış anlaşma memorandumu təsdiqləndi - FƏRMAN
- İlham Əliyev Çinlə imzalanan iki sənədi TƏSDİQLƏDİ
- İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
- İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb
- Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb