Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Əliyev Syerra-Leone prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, təbrik mətnində qeyd olunub:
"Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar