Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncama əsasən, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə Məmmədov Rafiq Uğuz oğlu və Nağıyev İman Məmməd oğlu “Əməkdar hüquqşünas” fəxri adı verilib.
Dövlət başçısının digər sərəncamına əsasən Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Azər Məmməd oğlu
Hüseynov Cavid Ənvər oğlu
“Tərəqqi” medalı ilə
Allahverdiyev Əli Kərim oğlu
Bağırov Anar Ramiz oğlu
Cəfərov Ələddin Adil oğlu
Hüseynov Azər Soltanhəmid oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu