Bakıda keçiriləcək Avropa Oyunları-2015-i dörd Rusiya kanalı yayımlayacaq.
Oxu.Az xəbər verir ki, açılış və bağlanış mərasimləri, eləcə də mühüm yarışlar “Rossiya 2” ödənişsiz kanalında yayımlanacaq.
Avropa Oyunları tam həcmdə “Sport”, “Sport 1” və “Boytsovski klub” kanalları ilə yayımlanacaq.
Qeyd edək ki, “Sport 1” kanalı HD formatında (yüksək dəqiqlik) yayımlanır.
Bütün kanallar ÜDTRŞ (Ümumrusiya Dövlət Tele-radio Şirkəti) rəqəmsal ailəsinə daxildirlər.
F.H.
www.oxu.az