ATƏT-in Minsk qrupunun üzvü kimi Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir. Hazırda da bu istiqamətdə səylərimizi davam etdiririk.
Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, həmsədrlər bu il prezidentlərin görüşlərini təşkil etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparırlar:
“Nəticədə bir məsələ yaddan çıxmamalıdır ki, həmsədrlərin təklif etdikləri ideyalar əsasında hər iki ölkənin rəhbərliyi uzun müddət həllini gözləyən münaqişənin dinc həlli istiqamətdə iradə nümayiş etdirməli və addım atmalıdırlar”.