Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada keçiriləcək “Xarı bülbül” musiqi festivalında iştirak edəcəklər.
Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezident İlham Əliyev bildirib.
İ.Əliyev qeyd edib ki, Şuşada “Xarı bülbül” musiqi festivalı keçiriləcək:
“Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada “Xarı bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.
Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”.
View this post on Instagram
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx
- İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi - Foto
- Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - Foto/Video
- Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
- İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Digər xəbərlər