Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı təbrik etdi
Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Sizi - teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.
Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.
Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.
Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib