Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Edi Rama İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Albaniyanın Baş nazirinə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında iştirakına görə minnətdarlığını ifadə etdi.
Edi Rama da öz növbəsində bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının əhəmiyyəti qeyd olundu.
Görüşdə ikitərəfli münasibətlərə toxunuldu.
Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri və Baş nazir Edi Ramanın əvvəllər ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.
Dövlətimizin başçısı BMT və digər beynəlxalq təşkilatlarda Albaniyanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi və öz növbəsində Azərbaycanın da bu qurumlarda hər zaman Albaniyanın maraqlarını müdafiə etdiyini dedi.
Görüşdə TAP layihəsinin əhəmiyyəti və onun genişləndirilməsi məsələləri müzakirə edildi, Albaniyanın bu sahədə önəmli rolu qeyd olundu. Albaniyanın qazlaşdırılması layihəsinin icrası ilə bağlı ölkəmiz tərəfindən investisiya qoyuluşu məsələlərinə də toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması və əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

15:19
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Bununla bağlı President.az məlumat yayıb.
14:33
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü başlayıb.
Bununla bağlı President.az məlumat yayıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb
- Akif Çağatay Kılıc: "Təhlükəsizlik Şurasında yalnız 5 dövlətin söz deməsi ədalətli deyil"
- Frensis Martin O'Donnell: "BMT sistemini yenidən işə salmağın vaxtı çatıb"
- Makronun Fransa üçün ən böyük "nailiyyəti" - Paris autsayder vəziyyətinə salınıb
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib