Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfəri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu və İHA agentliklərinin, TGRT, TRT Haber telekanallarının, həmçinin “Sabah”, “Milliyyət”, “Takvim”, “Star”, “Yeni şafaq” və digər nüfuzlu media qurumlarının saytlarında səfər barədə videomateriallar, fotolar və müxtəlif xəbərlər təqdim olunmaqdadır. Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar, həssas mövzularla bağlı ünvanlandığı mühüm mesajlar, hərbçilərimizlə səmimi görüşü və şəkil çəkdirməsi ayrı-ayrı sərlövhələrlə türkdilli ictimaiyyətə çatdırılır.
"Füzuli" teqi üzrə xəbərlər
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Ceyhun Kərəmov: "Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib"
- Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib