Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqın yüksək etimadı yeni Azərbaycanın qurulmasına, davamlı sosial-iqtisadi inkişafa və vətəndaşların rifahının yüksəlməsinə, beynəlxalq aləmdə respublikanın nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza geniş ictimai dəstəyin sübutudur.
Sizin dostluq, mehriban qonşuluq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş strateji qərarlara uyğun olaraq iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar əməkdaşlıq genişləndirilir, müxtəlif sahələrdə birgə layihələr uğurla həyata keçirilir. Bu, Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam cavab verir.
Sizinlə hər zaman açıq və konstruktiv şəraitdə keçən görüşləri məmnunluqla xatırlayıram. Etibarlı ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli Prezident.
Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir”.
20:24
Çexiya Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Çex Respublikası ilə Azərbaycan Respublikası arasında sıx münasibətlər və dostluq əlaqələri uzun tarixə malikdir. İnanıram ki, biz təkcə ölkələrimizin mənafeyi naminə deyil, həm də qitəmizdə sülh və sabitlik üçün bu əlaqələri birlikdə dərinləşdirəcək və inkişaf etdirəcəyik.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.
20:24
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizə etimadını əyani şəkildə nümayiş etdirdi.
Şadam ki, keçən il ərzində ikitərəfli münasibətlərimizi genişlənmiş strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Azərbaycan Macarıstan üçün təkcə mühüm siyasi, iqtisadi və mədəni tərəfdaş deyil, həm də səmimi dostdur. Çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirməkdə və bundan sonra da birgə investisiyalar yatırmaqda ümumi marağımız var.
Ölkələrimiz arasında davamlı olaraq möhkəmlənən əlaqələrə həm də tarixi yaxınlığımız, sosial ənənələrimiz, ailə dəyərlərinə hörmət və Türk xalqlarını birləşdirən təşkilatlardakı əməkdaşlıq təkan verir. Sizi əmin edirəm ki, hökumətim əlaqələrimizin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsinə sadiq qalır.
Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
19:55
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, yeni mandatınızda Sizə davamlı uğurlar arzulayıram.
Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır.
Mən bu vəsilə ilə Rumıniyanın strateji tərəfdaşlığımızın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqləyirəm. Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir.
Bu fürsətdən istifadə edərək Zati-alinizi ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə bu il Rumıniyaya rəsmi səfərə dəvət edirəm.
Cənab Prezident, xahiş edirəm Sizə dərin ehtiramımı qəbul edin”.
18:36
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezidentim.
Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.
Sizin liderliyinizlə Azərbaycanın bu günə qədər əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi uğurların bundan sonra da artaraq davam edəcəyinə, ikinci Vətənimiz olan Azərbaycanın bölgədə və dünyada güclü mövqeyini daha da möhkəmləndirəcəyinə inanıram.
Ümummilli lider Heydər Əliyevdən miras qalan “Bir millət, iki dövlət” düşüncəsi cənab Prezidentimizin və Zati-alinizin liderliyi ilə daha da güclənərək bölgənin təhlükəsizliyinin və sabitliyinin ən böyük təminatı olub.
Əzəli və əbədi qardaşlıq əlaqələrimizi gələcək nəsillərə ötürməyin ən mühüm ortaq məsuliyyətimiz olduğu düşüncəsi ilə Türkiyə həm sevincli, həm də kədərli günlərdə bütün imkanları ilə daim can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcəkdir.
Fürsətdən istifadə edərək Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyi adından bir daha təbrik edir, başda şəxsiniz olmaqla dost və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq diləyirəm”.
18:20
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir. İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram”.
17:39
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Bu, Sizin liderliyinizə olan böyük inamın təsdiqidir.
İordaniya Krallığı xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini və dostluğu daha da inkişaf etdirmək üçün Zati-alinizlə işləməkdə davam etməyə ümidvardır.
Sizə davamlı uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.
17:11
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.
Roma və Bakı dərin dostluq və qarşılıqlı əməkdaşlıq sahələrinin getdikcə daha da genişləndirilməsinə yönəlmiş, ümumi öhdəliklə möhkəmləndirilmiş həqiqətən də strateji və çoxşaxəli tərəfdaşlığa malikdir.
İnanıram ki, kəskin şəkildə şiddətli münaqişələr və narahatedici gərginliklə səciyyələnən bir mərhələdə prinsipial əhəmiyyətə malik kəsişmə nöqtəsi olan bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərinin təşviqi üzrə birgə işi davam etdirə biləcəyik.
Azərbaycan ilə Avropa İttifaqı arasında konstruktiv etimadın və əməkdaşlıq əlaqələrinin inkişafı bu yolun tərkib hissəsidir və İtaliya bunun üçün hərtərəfli dəstəyini əsirgəməyəcək.
Bu məramla, mən Zati-alinizə rifah, dost Azərbaycan xalqına firavan gələcək üçün ən xoş arzularımı yenidən çatdırıram”.
Bundan başqa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Prezident İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir:
“Seçkidə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi üçün yeni nailiyyətlər diləyirəm.
Əminəm ki, xalqın etimadı Azərbaycan Respublikasına daha yeni uğurlar gətirəcək və Sizin liderlik əzminiz gələcək məqsədlərə çatmaqda mühüm rol oynayacaq.
Əminəm ki, bu fürsətdən istifadə edib ölkələrimizi uzun müddətdir bir-birinə bağlayan qarşılıqlı etimada və hörmətə əsaslanaraq dövlətlərimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı daha da gücləndirəcəyik. Həmçinin regionumuzun və xalqlarımızın əmin-amanlığı və rifahı naminə səylərimizi artıraraq Sizinlə sıx əməkdaşlıq etməyə ümidvar olduğumu bir daha bildirirəm.
Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə bir daha səmimi-qəlbdən yeni uğurlar diləyirəm”.
16:28
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Seçkidəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirib, regionda aparıcı dövlətlərdən birinə çevrilib.
Seçkidən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. Sizin türk dünyasına verdiyiniz xüsusi önəm, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.
Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.
16:05
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından səmimi təbriklərimi çatdırıram.
Sizin son seçkidəki inamlı qələbəniz Azərbaycan xalqının liderliyinizə olan inamının və etimadının sübutudur. Bu, həm də ölkənizin inkişafı və rifahı naminə fədakarlığınızın, baxışlarınızın və sarsılmaz sadiqliyinizin təzahürüdür.
Biz ICESCO olaraq müdrik rəhbərliyiniz altında Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə, İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin inkişafına ümid bəsləyirik.
Sizin davamlı dəstəyinizin regionda mədəniyyət mübadiləsi, elmi araşdırmalar və təhsil sahələrini inkişaf etdirmək təşəbbüslərinə müsbət təsiri olmuşdur. Biz əminik ki, Sizin yeni mandatınızla Azərbaycan gələcək illərdə daha da böyük nailiyyətlərə imza atacaqdır.
Sizin bütün İslam dünyasında əks-səda doğuran, gənclərin inkişafını dəstəkləyən, həmçinin sülh və tərəqqinin daha da irəliləməsinə xidmət edən müstəsna liderliyinizə şəxsi heyranlığımı bildirirəm.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Qoy, Sizin növbəti prezidentlik dövrünüz Azərbaycan Respublikası üçün daha yüksək firavanlıq və uğur gətirsin!
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.
13:43
Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər.
Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram".
12:07
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkisində növbəti inamlı qələbəniz münasibətilə təbrik edirəm.
Seçki bütün dövlətlərin tarixində mühüm mərhələdir. Azərbaycan vətəndaşlarının öz iradəsini sərbəst şəkildə ifadə etmələri xalqın sıx birliyini göstərdi, Sizin müdrik rəhbərliyinizlə ölkənin irəlilədiyi kursa etimadın yüksək səviyyəsini nümayiş etdirdi. Əminəm ki, Sizin peşəkarlığınız və zəngin təcrübəniz sosial-iqtisadi sabitliyin təmin olunmasına, xalqın rifah halının yüksəldilməsinə və Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun gələcəkdə də artmasına kömək edəcəkdir.
Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.
Ən səmimi ehtiramımı qəbul edin”.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"