13:30
Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nabran Holiday Village istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu məsələ Prezidentin şəxsi nəzarətinə götürülüb.
Hal-hazırda dövlət başçısının tapşırığı əsasında səhiyyə nazirinin müavini Abbas Vəlibəyov və Prezident Administrasiyasının məsul şəxsləri xəstəxanadadırlar. Onlara xəsarət alan uşağın müalicəsi üçün bütün tədbirlərin görülməsi tapşırılıb.
İmranın qohumları Emin Ağalarovun müalicə xərclərini öz üzərinə götürməsi barədə xəbəri qeyri-dəqiq adlandırıblar.
12:18
Emin Ağalarov Nabran Holiday Village akvaparkında zərər çəkmiş İmran Cəfərzadənin müalicəsi üçün bütün xərcləri öz üzərinə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Emin Ağalarovun rəsmi Facebook səhifəsində (https://www.facebook.com/vipemin) deyilir.
Xatırladaq ki, İmranın Almaniyada müalicəsi üçün 50 min avro pul lazım idi.