İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Resursun Yaxın Şərqdə yüksəkrütbəli hərbi məmur olan mənbəsinin sözlərinə görə, Tehran İrəvanı kamikadze dronlarla təchiz edir.
Bildirilib ki, sözügedən razılaşma bir neçə hissədən ibarətdir və bütün sənədlər son bir neçə ay ərzində imzalanıb.
Razılaşmalara əsasən, İran Ermənistana "Şahed 136", "Şahed 129", "Şahed 197", "Mohajer" kimi pilotsuz uçuş aparatları, eləcə də "Xordad 3", "Məcid", "Xordad 15" və Arman kimi hava hücumundan müdafiə raket sistemləri verəcək.