Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raketin və 121 dronun İran ərazisindən atıldığını aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi "X"də məlumat paylaşıb.
"Martın 7-də BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 16 ballistik raket atışını aşkar edib ki, bunlardan 15-i məhv edilib, biri isə dənizə düşüb. Bundan əlavə, İran ərazisindən 121 dron buraxılışının edilməsi də müəyyən edilib. PUA-lar yalnız ikisi BƏƏ ərazisinə düşüb. Digər 119 PUA isə zərərsizləşdirilib", - deyə açıqlamada bildirilir.
Müdafiə Nazirliyinin statistikasına görə, eskalasiyanın başlanğıcından bu günə qədər BƏƏ istiqamətində 221 ballistik raket və 1300-dən çox dron atılıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölməsi) Hərbi-Dəniz Qüvvələri ABŞ-nin BƏƏ-dəki "Əl-Dafra" hərbi bazasına da zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran dövlət televiziyası SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat verib.
BƏƏ Müdafiə Nazirliyindən isə bildirilib ki, hava hücumundan müdafiə vasitələri martın 7-də İran ərazisindən 16 raket və 121 pilotsuz uçuş aparatının hücumunu dəf edib.
İran BƏƏ və Küveytdəki ABŞ hədəflərinə qarşı kütləvi dron hücumları həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Nour News" İran Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat verib.
"İran Hərbi Dəniz Qüvvələri ABŞ qoşunlarının yerləşdirildiyi məntəqələrə, "Əl-Minhad" aviabazasına (Əbu-Dabi), Əl-Adiri düşərgəsinə (Küveyt) və sionist rejimin "Sdot Mixa" strateji ərazisindəki radar stansiyalarına pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib", - deyə məlumatda bildirilib.