Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İran Prezidenti Məsud Pezeşkian Bakıda şəhidlərin xatirəsini anıb
Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
"Məsud Pezeşkianın Azərbaycana səfəri" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev: "Azərbaycan-İran münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub"
- İran Milli Bankı Azərbaycanda fəaliyyətini tam BƏRPA ETDİ
- Pezeşkianın Bakı səfəri kimi narahat etdi?
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər
- İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ən çox oxunanlar