Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İran Milli Bankı Azərbaycanda fəaliyyətini tam BƏRPA ETDİ
Bank Melli İranın Bakı Filialı fəaliyyətini tam bərpa edib.
Oxu.Az bu barədə APA-ya istinadla xəbər verir. Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
İran Milli Bankı Azərbaycanda yenidən fəaliyyətə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu addım iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından müsbət hadisə kimi qiymətləndirilir və Azərbaycanın iqtisadi mühitində fəaliyyət göstərən iranlı iş adamları üçün sevindirici bir xəbər sayılır. Bu hadisə həmçinin Pezeşkianın Bakı səfərinin konkret iqtisadi nəticələrindən biri kimi diqqət çəkir.
"Məsud Pezeşkianın Azərbaycana səfəri" teqi üzrə xəbərlər
- Pezeşkianın Bakı səfəri kimi narahat etdi?
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər
- İran prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
- İlham Əliyevin sosial şəbəkə hesablarında Pezeşkianın Bakı səfərindən görüntülər paylaşılıb
- İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib