Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranda ardıcıl istefa xəbərləri: Pezeşkian hökumətində nə baş verir?
İranda iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinin impiçmentindən sonra Cavad Zərif də vitse-prezident vəzifəsindən istefa verib. Paralel olaraq İran mənbələri Prezident Məsud Pezeşkianın da istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim etdiyini bidiriblər. Bəs İranda mövcud hökumətin ətrafında baş verənlər nədən xəbər verir? Bu, İran cəmiyyəti üçün hansı mənanı kəsb edir?
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Samir Hümbətov bildirib ki, hökumət ətrafında baş verənlər İran cəmiyyəti üçün ciddi narahatlıq yaradır:
"Bunun birinci səbəb odur ki, son dövrlər islahatçı Pezeşkian hökuməti ilə mühafizəkar müxalifət arasında ziddiyyətlər artıb. Çünki mövcud hökumət, xüsusən də Pezeşkian və Cavad Zərif mühafizəkarlar üçün ciddi narahatlıq mənbəyi hesab olunurlar. İkinci məsələ isə ABŞ-nin Yaxın Şərq siyasəti, daha dəqiq desək, Donald Trampın mövqeyi ilə bağlıdır. Pezeşkian komandası müəyyən mənada Vaşinqtonla danışıqlara hazır olduğunu bildirsə də, mühafizəkarlar dialoqdan kənar durub, Amerikaya etibar etməməyin tərəfdarıdırlar. İslahatçılar onlarla əks mövqedə olduqları üçün, zamanla bu kimi təzyiqlərə məruz qalırlar. Bununla yanaşı, baş verənlər həm də daxili sosial-iqtisadi vəziyyətlə əlaqəlidir. Ölkədə iqtisadi durum ağırdır, inflyasiya getdikcə artır, bu da son nəticədə narazı elektoratın artmasına gətirib çıxarır".
"Təbii ki, baş verənlər ilk növbədə mövcud hökumətin ayağına yazıldığı üçün Pezeşkian və komandası bunu qəbul etmək istəmirlər və bir növ özlərini sığortalamaq üçün istefa verməyə məcbur olurlar. Bu gün İranda baş verənlər daha çox bu məsələlərdən qaynaqlanır. Əbəs deyil ki, bu, hökumətlə teokratik rejim arasındakı gərginliyin son nöqtəsi kimi qiymətləndirilir", - deyə politoloq vurğulayıb.
Mərahim Nəsib
"İran" teqi üzrə xəbərlər
- İran limanında gəmi yanıb
- İrandan Azərbaycana 22 kiloqram narkotik vasitə keçirmək istədilər: Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir
- İranda çoxarvadlı kişilərin sayı açıqlanıb
- Kriştianu Ronalduya evli qadını qucaqladığı üçün 99 şallaq vurulacaq?