Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Argentina prezidentinin bacısı korrupsiyada ittiham olunur
Argentinanın "Vətəndaş Koalisiyası" müxalifət partiyasının deputatları məhkəməyə müraciət edərək, ölkənin hazırkı Prezidenti Xavyer Mileyin bacısı Karina Mileyi rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Vətəndaş Koalisiyası"nın lideri Elisa Karriyo "X" sosial şəbəkəsində məlumat yayıb.
"Deputatlarımız Monika Frade və Maksimiliano Ferraro prezident administrasiyasının katibi Karina Mileyə qarşı rüşvətxorluq, nüfuzdan istifadə və dövlət qulluqçularının etikası haqqında qanunun pozulması ittihamları ilə cinayət işinin başlanması üçün müraciət ediblər", - deyə Karriyo yazıb.
Qeyd edək ki, bu, Argentina prezidentinin ailəsi ilə bağlı ilk korrupsiya qalmaqalı deyil. Daha əvvəl Xavyer Mileyin özü də sosial şəbəkələrdə şübhəli kriptovalyuta sxemini təbliğ etdiyi üçün diqqət mərkəzinə düşmüşdü. Hazırda iddia edilən bu maliyyə piramidasından zərər çəkən vətəndaşlar tərəfindən ona qarşı yüzdən çox iddia qaldırılıb.
"Xavyer Miley" teqi üzrə xəbərlər
- Argentina prezidenti Zelenski ilə çəkdirdiyi bütün FOTOLARI SİLDİ
- Argentina prezidenti altı saat ərzində LIBRA mem-tokenini yüksəltdi və "dəfn etdi"
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb