Argentina Prezidenti Xavyer Miley iddia edib ki, DÇ-2026-da ölkəsinin yığmasına qarşı səsləndirilən tənqidlər ABŞ-nin Demokratik Partiyası, eləcə də Braziliya və Meksika hökumətləri tərəfindən maliyyələşdirilən məqsədyönlü kampaniyanın bir hissəsidir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri informasiya yayıb.
Ölkə başçısı baş verənləri "azadlıq ideyalarının qalib gəlməsini istəməyən mütərəqqi düşüncə sahiblərinin işi" adlandırıb. O, həmçinin əsas maliyyə dəstəyinin Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın hökuməti tərəfindən təmin edildiyini bildirib.
Turnir ərzində Argentina komandası və azarkeşləri, xüsusən də argentinalı fanatların iştirakı ilə baş verən irqçi insidentlərə görə sosial şəbəkələrdə dəfələrlə tənqid hədəfinə çevriliblər. Final matçından öncə amerikalı aktyor Samuel L.Cekson qaradərili azarkeşləri Argentinanı "tarixən dünyanın ən irqçi ölkələrindən biri" adlandıraraq onları dəstəkləməməyə çağırıb.
Qeyd edək ki, Argentina yığması DÇ-2026-nın finalında İspaniyaya məğlub olaraq (0:1) 2022-ci ildə Qətərdə qazandığı dünya çempionu titulunu qoruya bilməyib.