İraq Azərbaycan ilə terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Nyu-Yorkda görüşündə deyib.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki olkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib.
Azərbaycanın XİN başçısı iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib. İraq naziri dəvəti məmmuniyyətlə qəbul edib.