"ABŞ Sünikdən (Zəngəzur - red.) keçən 42 kilometrlik yolu icarəyə götürməyi təklif etsə də, Ermənistan təklifi qəbul etməyib".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bunu ölkə parlamentinin Avropaya inteqrasiya komissiyasının sədri Arman Yeqoyan deyib.
Onun sözlərinə görə, İrəvan Vaşinqtonun bu təklifində suverenliyə təhdid görüb:
"Ermənistan hökuməti regionda kommunikasiyaların açılması məsələsinə suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi çərçivəsində baxmağa razıdır".