Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İrlandiyalı nazir: "Maliyyə sistemini düzgün quranda iqtisadi inkişaf gəlir"
"Bu gün maliyyə inkişaf etməkdə olan, ən az gəlirli ölkələr, kiçik ada dövlətləri üçün sərf olunmursa, bundan sonra heç kim üçün sərf edilməyəcək".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan İrlandiyanın ətraf mühit, iqlim və rabitə naziri Eamon Rayan deyib.
O bildirib ki, maliyyənin işləmə üsulu daim dəyişir:
"Maliyyə dəyişdirilməsi fizika qanunu deyil. Bu, əslində, siyasi və iqtisadi cəhətdən çətin bir məsələdir. Tarixə nəzər salanda maliyyə sistemlərinin necə inkişaf etdiyini və dəyişdiyini görmək mümkündür. Maliyyə sistemini düzgün quranda isə iqtisadi inkişaf gəlir. Ancaq bu inkişaf özü də maliyyə ilə bağlıdır. Əgər maliyyə inkişaf etməkdə olan, ən az gəlirli ölkələr, kiçik ada dövlətləri üçün işləmirsə, o zaman heç kim üçün işləməyəcək".
Nazir COP29-u mürəkkəb bir tədbir adlandırıb:
"COP29 yaxşı, lakin həm də çox mürəkkəbdir. Mən 15-ci dəfədir, iştirak edirəm. Lakin buna baxmayaraq, hələ də öyrənirəm. Razılığa gəlmək yalnız səbir yox, eyni zamanda, əməkdaşlıq tələb edir. 196 ölkənin razılığa gəlməsi özlüyündə böyük səbir tələb edən prosesdir".
Aygün Mirakif