İsrail və Azərbaycan münasibətləri dostluq və anlaşmaya əsaslanıb.
Oxu.Az “Новости-Азербайджан” saytına istinadən bildirir ki, bu sözləri, İsrail prezidenti Şimon Peres İerusalimdə MDB, Baltika və Gürcüstan ölkələrinin baş redaktorları Klubunun üzvləri ilə gürüşündə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran zaman deyib.
“Bizim sivil müsəlman ölkəsi ilə gözəl münasibətlərimiz İsrail və müsəlman dünyası əməkdaşlığımıza pozitiv nümunədir. Bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edərək, xalqlarımıza gözəçarpacaq mənfəət gətirir.
Azərbaycan terrorizmlə mübarizədə qlobal rol oynayır, onun beynəlxalq arenada yeri, Azərbaycanın regionda sülhün bərqərar olması üçün lazımi potensila malik olduğuna, eləcə də millətlər və ölkələr arasında sülh və qarşılıqlı anlaşma körpülərinin qurulmasına yardım edə biləcəyinə dəlalət edir” – deyə İsrail prezidenti bildirib.
2011-ci ildə Avropa və Asiya media forumunda, “RİA Novosti”nin təşəbbüsü ilə yaradılmış MDB, Baltika və Gürcüstan ölkələrinin baş redaktorları Klubu öz növbəti yeddinci sessiyasını İerusalimdə keçirib.
Buna qədər BRK yalnız, Viktor Yanukoviç (Ukrayna), Aleksandr Lukaşenko (Belorusiya), Almazbek Atambayev (Qırğızıstan), Andris Berzinşem (Latviya) və digər postsovet ölkələrinin dövlət və hakimiyyət başçıları ilə görüşlər keçirib.
Bu dəfə isə BRK “uzaq” xaricə səfərə çıxaraq, Klub üzvləri israil siyasətçiləri, nazirləri və tarixçiləri ilə görüşüb.
BRK üzvlərinin sözlərinə görə, onlar üçün əsas görüş İsrail prezidenti Şimon Pereslə keçirilən görüş olub.