Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail səfiri Corc Dik səlahiyyət müddətinin başa çatması ilə bağlı açıqlama verdi
İsrailin Azərbaycandakı səfiri Corc Dik yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat APA-nın sorğusuna cavab olaraq bildirib.
Səfir bir-iki aya Azərbaycanı tərk edəcəyini qeyd edib:
"Mənim səlahiyyət müddətimin artıq başa çatması ilə bağlı yayılan məlumatların əksinə olaraq, hələ görməli olduğum çox şey var. Bu yay bir müddət vəzifədə qalacağam", - deyə o vurğulayıb.
Diplomat əlavə edib ki, bu barədə rəsmi açıqlama veriləcək.
"İsrailin Azərbaycandakı səfirliyi" teqi üzrə xəbərlər
- KİV: "İsrailin yeni səfirinin Bakıya gələcəyi tarix açıqlandı"
- İsrail səfirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
- Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Zəfər Günü ilə bağlı təbrik edir
- İsrailin Azərbaycandakı səfirliyində anım günü keçirilib
- İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi
Ən çox oxunanlar