Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İsrailin güc qurumlarının rəhbərləri HƏMAS-la sazişi müzakirə ediblər
İsrail güc qurumlarının rəhbərləri Qahirədə radikal Fələstin qruplaşması HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə edilməsi səylərini müzakirə ediblər.
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi və İsrail Ümumi Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar Qahirədə yüksəkvəzifəli rəsmilərlə görüşüblər.
Qüds HƏMAS-la razılaşmanın əldə edilməsi şanslarının artdığını düşünür.
İsrailin adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsi bildirib ki, sazişin əldə edilməsi şansları artıb.
"İki həftə əvvəl düşünürdüm ki, HƏMAS sazişi istəmir, indi düşünürəm ki, HƏMAS fikrini dəyişib. Növbəti ay ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Ağ Evə daxil olmamışdan əvvəl razılaşma əldə etmək şansı var", - deyə İsrail məmuru əlavə edib.
Son bir il ərzində HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib. Tərəflər 2023-cü ilin noyabrın sonunda əldə edilmiş birhəftəlik atəşkəs zamanı 105 girovun azad edilməsi ilə nəticələnən razılaşmanın davam etdirilməsinə nail ola bilməyiblər. İsrail hesab edir ki, ötən il oktyabrın 7-də oğurlanmış 251 girovdan 96-sı hələ də Qəzzadadır. Son 14 ay ərzində İMQ hərbçiləri səkkiz girovu xilas edib, 38 nəfərin cəsədini geri qaytarıb.
Livanda atəşkəsdən sonra danışıqlar yenidən başlayıb, son regional hadisələr onlara yeni təkan verib və rəsmilər sazişin əldə edilə biləcəyinə nikbin yanaşırlar.
"İsrail" teqi üzrə xəbərlər
- Suriyada mühüm strateji nöqtələrə zərbə endirən İsrailə məlumatları Bəşər Əsəd verib?
- İsrail ordusu Suriya donanmasını məhv etdi
- İsrail Prezidenti Hikmət Hacıyevi qəbul edib
- İsrail və ABŞ Suriyaya genişmiqyaslı zərbələr endiriblər
- Yəmənin "Ənsar Allah" və İraq İslam Müqaviməti İsrailin cənubundakı hədəflərə hücum ediblər