Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliya mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzasına dair fikirlərini geniş işıqlandırıb
İtaliyanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və sonrakı hadisələrlə bağlı səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayır.
Oxu.Az AZƏRTAC-a istinadən məlumat verir ki, ANSA, "Aska News", "La Repubblica", "il Fatto Quotidiano", "Sky TG24", "Lettera 43", "Rai", "L`Unione Sarda" kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə aldığını və idarəetməni demək olar, itirdiyini vurğuladığı qeyd edilir. Azərbaycan Prezidentinin təyyarənin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını, eyni zamanda, yerdən açılan atəş nəticəsində quyruq hissənin də böyük dərəcədə zədələndiyini bildirdiyi vurğulanır.
Materiallarda Prezident İlham Əliyevin Rusiyanın bəzi dairələrinin ilk üç gün ərzində təyyarə qəzası ilə bağlı cəfəng versiyalar səsləndirdiyini, Rusiya tərəfinin məsələni ört-basdır etmək istədiyini vurğuladığı bildirilir. Eyni zamanda, Azərbaycanın Rusiya tərəfindən öz günahını etiraf etməyi və günahkarları cəzalandırmağı, cinayət məsuliyyətinə cəlb etməyi və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməyi şərt qoyduğu diqqətə çatdırılır.
Həmçinin yazılarda Rusiya Prezidenti Vladimir Putinin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı zamanı baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlıq ifadə etdiyi xatırladılır.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
- İlham Əliyev kubalı həmkarını təbrik etdi
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq"
- Prezident: "Gələn il Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq"