Bu il iyulun 28-dən etibarən İtaliyanın Azərbaycandakı səfirliyinin nəzdində “VisaMetric” şirkəti tərəfindən idarə ediləcək yeni viza şöbəsi açılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, yeni viza şöbəsi Bakı şəhərinin Səbail rayonunda, Lermontov küçəsi 113/117 ünvanında yerləşəcək və bütün növ viza sənədlərinin qəbulu ilə məşğul olacaq.
Şengen vizasının alınması ilə bağlı yeni prosedur qaydaları tezliklə yeni yaradılacaq saytda qeyd ediləcək.