"Azərbaycanda keçirilən COP29-da iştirak etməkdən məmnunam. İqlim öhdəliyinin nəticəsi, dünya üçün iqlimin maliyyələşdirilməsi və Afrika kimi iqlimə həssas ölkələr üçün mənim bu tədbirdən gözləntilərim böyükdür".
Bunu Oxu.Az-a açıqlamasında Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü Jacqueline Amongin deyib.
O bildirib ki, qlobal liderlərin iqlim dəyişikliyini maliyyələşdirmək üçün verdikləri vədləri və öhdəlikləri həyata keçirməsi lazımdır:
"Amma ən əsası, uyğunlaşma prosesini görmək istəyirəm. Adaptasiya tədbirləri ikiqat artırılmalıdır".
Mərahim Nəsib