Rusiya Dövlət Dumasında Suriyadakı vəziyyət barədə müzakirələr zamanı Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Azərbaycandan da danışıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, RLDP lideri regionu gərginləşdirən əsas oyunçunun İsrail olduğunu deyib:
“Bir şeyi anlamaq istəmirsiniz - burada əsas oyunçu İsraildir. O, İrandan qorxur. İranın dağıdılması barədə qərar qəbul edilib, qoşunları İran sərhədinə çıxarmaq üçün Suriyanı məhv etmək lazımdır”.
O, gələcəkdə güclü miqrant axınının yaşanacağını bildirib:
“Suriyanı artıq iki milyon tərk edib, İrandan isə 20 milyon gedəcək. İran azərbaycanlıları müharibədən qorxaraq şimala qaçacaqlar, Bakı buna duruş gətirməyəcək və onları yerləşdirə bilməyəcək”.