Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Joze Marten Jan-Pyer: "Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik"
"Bakı Təşəbbüs Qrupunun yaradılması və bir sıra konfransların keçirilməsi bizə imkan verdi ki, müstəmləkə, insanlara qarşı zülmlər barədə daha çox məlumat ötürə bilək".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer deyib.
"Müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərimizi birləşdirməliyik. Bizim xalqlar artıq qətiyyətlə vuruşurlar. Hər bir mübarizə imkan verir ki, biz birgə azadlığımızı daha da möhkəmləndirək. Biz xaricdən dəstək almalıyıq. BMT bu məsələdə bizim üçün strateji tərəfdaş ola bilər. Biz bütün beynəlxalq təşkilatlarına, qeyri-hökumət təşkilatlara çağırış edirik ki, müstəmləkədən əziyyət çəkənlərə dəstək olsunlar. Müstəmləkədən əziyyət çəkən xalqların hüquqlarının qorunması təmin olunmalıdır", - deyə o bildirib.
Aləmdə Nəsib
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Deputat: "31 Mart soyqırımı Azərbaycan tarixində deyil, bəşəriyyətdə də qanlı faciələrdən biridir"
- Azərbaycanın BMT-dəki nümayəndəsi: "Sıfır Tullantı təşəbbüsü COP29-da qlobal dəstək qazandı"
- Azərbaycanın daimi nümayəndəsinin BMT baş katibinə məktubu qurumun sənədi kimi yayımlanıb
- Azərbaycandakı dini konfessiya rəhbərləri Kir Starmerə müraciət ünvanlayıblar
- BMT-də Azərbaycanın mina problemi və minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi təşkil edilib