Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kamran İmanov: "Ermənilərin həvəslə istinad etdikləri saxta əlyazmaların orijinalları tapılmır"
"Ermənilərin böyük həvəslə istinad etdikləri saxta mətnlərin, əlyazmaların orijinalları adətən tapılmır, yaxud dəfələrlə sonrakı illərdəki köçürmələr şəklində əksini tapır".
"Report" xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarının ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-hay hiylə və fitnələri" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bunların kökündə erməni saxtakarlığı dayanır:
"Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn "böyük erməni mədəniyyəti", "sivilizasiyanın ilk erməni ocağı" mədəni oğurluqları erməniçilik təfəkküründə "təbiilik"və "legitimlik" qazandırır. Mif stereotipləri müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənistan xuliqanlar və avaralar ölkəsinə çevrilib"
- Prezident: "Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı sülh üçün vacib şərtdir"
- Azərbaycan Prezidenti ölkəmizdə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
- Qərbi Azərbaycan Xronikası: Erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan toponimlər
- Qərbi Azərbaycan Xronikası: "Fərman Kərimzadə və Hafiz Baxış bizim şəhid ziyalılarımızdır"