Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Keçmiş məcburi köçkün: "Bu gün yurd həsrəti sona çatır"
"45 yaşım var. Ömrümün 30 ilindən çoxu doğma torpaqlardan kənarda, yurd həsrəti ilə keçdi. Nəhayət, bu gün bu həsrət sona çatır".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Yeganə Həsənova söyləyib.
"Bu gün Prezidentimizin, Ordumuzun sayəsində doğma torpaqlara qovuşuruq. Allah bir də xalqımıza pis günlər, müharibə və köçkünlük göstərməsin. Bundan sonra doğma torpaqlarımızda gözəl günlər yaşayaq", - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən yola salınmış növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb. Bu mərhələdə Suqovuşan kəndinə 53 ailə - 174 nəfər köçürülür.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- AQTA sədri: "Rusiya və Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanıb"
- Onuncu Milli Marketinq Forumuna son üç gün qaldı
- Səhiyyə Nazirliyi tərəfindən Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilib
- Əhməd İsmayılov Vətən müharibəsində və ondan sonrakı dövrdə medianın fəaliyyətindən danışıb
- Böyük Qayıdış prosesi uğurla davam edir