"Cəbrayıla köçəcəyimizi bildiyimiz gündən nə gecəmiz var, nə gündüzümüz vardı".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Tünzalə Bəhrəmova deyib.
O qeyd edib ki, ən böyük arzusu Cəbrayıla getmək, doğmalarının məzarını ziyarət etməkdir:
"30 illik məcburi köçkün həyatımızı Xırdalanda yaşamışıq. Çox çətinliklərimiz olsa da, şükürlər olsun ki, o günlərimiz gerirə qaldı. Bizə Cəbrayıla köçəcəyimiz deyildiyi gündən gözümüzə yuxu getmir. Çox həyəcanlıyıq, biımirik, ağlayaq, bilmirik, gülək.
Cəbrayıl işğaldan azad edildikdən sonra oraya getməmişik, orada olmamışıq. Həyəcanla oraya çatacağımız anı gözləyirik. Gedib orada möhkəm səslə qışqırmaq istəyirəm, bəlkə, səsim oradakı ruhları oyada. Ən böyük arzum da məhz Cəbrayılda qalan doğmalarımızın, atamın məzarını ziyarət etməkdir.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (117 nəfər) öz doğma yurduna köçürülür.
"Cəbrayıla köçəcəyimizi bildiyimiz gündən nə gecəmiz var, nə gündüzümüz vardı".
Aytac Qasımova