Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Keçmiş məcburi köçkün: "Öz yurdunda yaşayıb-yaratmaq hissləri bir başqadır"
"Şuşadan çıxanda yeddinci sinifdə oxuyurdum. Bu gün isə artıq mənim yüzlərlə şagirdim var".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Mətanət İbrahimova deyib.
O bildirib ki, köçkünlük həyatını Suraxanıda yaşayıb:
"Köçkünlük həyatımızın 30 ilini Suraxanıda keçirmişik. Dövlətimiz məcburi köçkünlərə hər cür şərait yaratsa da, onların mənzil-məişət şəraitini yaxşılaşdırsa da, öz doğma yurdumuzda yaşamaq, orada yaratmağın hissləri bir başqadır. Şuşadan çıxanda yeddinci sinifdə oxuyurdum. Bu gün isə müəllimə kimi çalışıram. İbtidai sinif müəlliməsiyəm. Yüzlərlə şagirdim var. Çox arzu edərdim ki, Şuşada işimi davam etdirim. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 48 ailə (164 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub
- Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"
- Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Fuad Hüseynov: "Qərbi azərbaycanlılarla bağlı məlumatlar elektronlaşdırılır"