Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şuşa şəhərinə yeni köçürülən 32 ailəyə mənzillərin açarları təqdim edilib
Şuşa şəhərinə yeni köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.
"Report" xəbər verir ki, təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi iştirak edib.
Köçürülən ailələr Şuşada yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, bu mərhələdə Şuşaya 32 ailə – 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə artıq 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.
14:34
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
"Report" xəbər verir ki, Şuşada sakinlərin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, bu mərhələdə Şuşaya 32 ailə - 125 nəfər köçürülür. Bugünkü köç də nəzərə alınmaqla Şuşa şəhərinə artıq 90 ailənin (349 nəfər) daimi məskunlaşması təmin edilib.
07:16
Şuşa şəhərinə növbəti köç karvanı Bakıdan yola düşüb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə 32 ailə - 125 nəfər doğma yurduna qovuşacaq.
06:33
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Bu mərhələdə Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
- Ağstafada dəhşətli qətl: Qadın öldürüldü, 3 900 manatı oğurlandı
- Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
- Azərbaycanda tanınmış həkimin qızı ilə bağlı dəhşətli iddia: Ərini öldürüb doğradı
- İki rəfiqənin dəhşət saçan qətl planı: "Hazırlaş, gedirik"