İran özünü qonşuları və bir çox dünya ölkələrindən təcrid edib.
Bu barədə Oxu.Az-a ABŞ-ın Atlantik Şurası yanında Avrasiya mərkəzinin rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson bildirib.
“Fakt ondadır ki, İran MAQATE qarşısında Nüvə silahının yayılmaması haqqında müqavilə, həmçinin BMT Təhlükəsizlik Şurası qarşısında nüvə problemi və bir çox başqa məsələlər üzrə öhdəliklərini yerinə yetirə bilməyərək, özünü qonşuları və bir çox dünya ölkələrindən təcrid edib. Bu siyasətin dəyişdiriləcəyi təqdirdə Bakı və Tehran arasında münasibətlərin yaxşılaşması üçün imkanların peyda olacağını gözləmək olardı” – deyə, ekspert bildirib.
Cənubi Qafqaza gəldikdə isə, R.Uilsonun sözlərinə görə, istər Dağlıq Qarabağ, Cənubi Osetiya və Abzaxiya, Xəzər qazı və Cənub qaz dəhlisinin inkişafı problemi, istərsə də dövlətlərdə demokratik və iqtisadi inkişaf olsun, fərq etməz, bu region amerikalı siyasətçilər üçün vacib prioritet təşkil edir.
F.H.
www.oxu.az