Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
"Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsidir".
Bu fikri "Report"a Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
O xatırladıb ki, Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr Üçtərəfli Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapmışdı:
"Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi".
Deputatın sözlərinə görə, Kəlbəcərin uzun müddət işğal altında saxlanılması ilə flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub:
"Ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub".
Milli Məclisin üzvü bildirib ki, Kəlbəcəri tərk edən sivil ermənilər, xislətlərinə uyğun davranaraq, dağıntılar törədiblər:
"Onlar 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıblar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırmışdılar".
M.Cəfərli vurğulayıb ki, hazırda Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır:
"Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti geri qaytarılacaq. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Kəlbəcər rayonunda bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir".
Deputat, həmçinin qeyd edib ki, Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır.
"Azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Böyük Qayıdışın növbəti ünvanı Kəlbəcər olacaq. Təbii ki, kəlbəcərlilər də doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər", - M.Cəfərli söyləyib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
- Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək
- Parlament Azərbaycan diplomatları və ailə üzvləri üçün güzəştlərə "hə" dedi
- "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi son oxunuşda təsdiqlənib
- Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir - Parlament TƏSDİQLƏDİ