"Bakıda aparılan qayıdış hüququ ilə bağlı müzakirə çox önəmlidir. Çünki bu müzakirə çox doğru bir sual ortaya qoyur və bu sualın cavabı axtarılır".
Bunu Oxu.Az-a açıqlamasında keniyalı hüquqşünas Evans Odhiambo Oqada Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində deyib.
"Qərbi Azərbaycan sakinlərinin qayıdış hüququ nədən ibarətdir? Onlar yurdlarına necə qayıtmalıdırlar? Həyatlarını yenidən necə bərpa etməlidirlər? Çünki qayıdış hüququ mədəni, mənəvi və hüquqi bir məsələdir. Məhz buna görə də qayıdış hüququ vacibdir. Qərbi Azərbaycandan olan insanların da öz tarixi yurdlarına qayıtmaq hüququ var və bu hüquq bərpa edilməlidir", - deyə müsahibimiz əlavə edib.
Mərahim Nəsib