Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"
"Biz müharibənin ağrısını və acısını yaxşı bilirik. Kifayət qədər reinteqrasiya yolu keçmişik. Ukraynalılar sülhü hamıdan çox istəyirlər. Mən bunu birbaşa insanlardan eşidirəm".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.
O, Rusiya ilə Ukrayna arasında atəşkəsin beynəlxalq hüquqa əsaslanmasının vacibliyini vurğulayaraq, potensial təhlükələrdən danışıb:
"İstənilən atəşkəs beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bununla belə, biz düşünməməliyik ki, atəşkəs və sülh hamımızı tam rahatlaşdıracaq. Coğrafi baxımdan müharibəyə yaxın olan ölkələr olaraq, potensial təhdidlərlə üz-üzəyik".
Sabiq prezident Vladimir Putin və Donald Trampın mövqelərinin zamanla dəyişdiyini də vurğulayıb:
"Putin və Trampı tanıyan biri kimi deyə bilərəm ki, hər ikisi mənə bəlli olmayan səbəblərdən dəyişib. Tramp düşünür ki, onun ilk prezidentliyi dövründə Avropa ölkələrinin bəziləri ona dəstək göstərməyiblər".
Kolinda Qrabar-Kitaroviç Avropa İttifaqının Rusiyaya qarşı sərt mövqe ortaya qoymasının vacibliyini bildirib:
"Avropa İttifaqı öz mövqeyini açıq şəkildə ortaya qoymalı və Rusiyaya qarşı dayanmalıdır".
O, həmçinin Qərbi Balkan və Şərqi Avropa ölkələrinin Avropa İttifaqına daxil edilməsinin vacibliyini vurğulayıb:
"Biz ehtiyatlı olmalıyıq. Diplomatiya tətbiq etməli və beynəlxalq hüququ qorumalıyıq. Qərbi Balkan və Şərqi Avropa ölkələri Avropa İttifaqına qəbul edilməlidirlər".

Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Jelka Tsviyanoviç: "Bosniya və Herseqovina hazırda böyük böhranla üzləşir"
- İşğaldan azad olunmuş səkkiz şəhərin Baş planı hazırdır
- Anar Quliyev: "Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar"
- Artis Pabriks: "Sülh prosesi Azərbaycan xalqını razı salacaqsa, bu, mükəmməl nəticədir"
- XİN: "Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib"