Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və qurumlarına nə qədər vəsait xərcləyib?
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və qurumlarına 5.4 milyon manat vəsait xərcləyib.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, 2024-cü ilin dövlət büdcəsindən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərcləri üzrə BMT sisteminə aid olan qurumlar, proqramlar və konvensiyalara 5.4 milyon manat, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumlarına 1.3 milyon manat, Müstəqil Dövlətlər Birliyi (MDB) təşkilatlarına 1.2 milyon manat, beynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakla bağlı öhdəliklər üçün Asiya İnkişaf Bankına 1.6 milyon manat, İslam İnkişaf Bankına 1.3 milyon manat vəsait istifadə edilib.
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib
- Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı