Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Komitə sədri: “Azərbaycan nümunəsini dünyaya yayırıq”
“Biz tolerantlıqla əlaqədar Azərbaycan nümunəsini dünyaya yayırıq və bu iş davam etdirilməlidir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri bildirib ki, dünyada toqquşmalar, qarşıdurmalar artdıqca, tolerantlıq və multikultural dəyərlərin gələcək nəsillərə təşviq olunması zəruridir.
“Azərbaycanda yaşayan müxtəlif dini icmaların, konfessiyaların nümayəndələrinin övladlarını bir araya gətirib onlarla bağlı filmlər hazırlanmasına ehtiyac var. Azərbaycan tolerantlıq və multikultural dəyərlərdə ən üstün mövqedədir”, - deyə o əlavə edib.
Mübariz Qurbanlı əminliyini bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsini gələcək nəsillər də davam etdirəcəklər.
"Mübariz Qurbanlı" teqi üzrə xəbərlər
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Prezident Mübariz Qurbanlını təltif etdi
- Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik”
- YAP prezident seçkisində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib - FOTO
- Yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb