Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 14-15 dekabr tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) 11-ci Qlobal Forumunda iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil ediləcək 11-ci Qlobal Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, dini liderlər, vətəndaş cəmiyyəti institutları və media qurumlarının nümayəndələri, həmçinin gənclər təmsil olunacaqlar.
Forumda "BMTSA: İnsanlıq naminə iki onillik dialoq - çoxtərəfli dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünün irəli aparılması" mövzusu ətrafında müzakirələrin, habelə qlobal sülhün möhkəmləndirilməsi, dialoqun inkişafı, multikultural dəyərlərin təşviqi istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.