Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı
“Milli Məclisə seçkilərlə əlaqədar apellyasiya məhkəmələrindən və Ali Məhkəmədən daxil olan ərizələrə baxılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze qurumun iclasında bildirib.
Onun sözlərinə görə, ərizələr Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhərləri və Naxçıvandan daxil olub.
“Bakı Apellyasiya Məhkəməsindən 72 şikayət daxil olub. Onlardan 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. 16 iş üzrə iddia mümkün sayılmayıb. 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib”, - deyə o məlumat verib.
R.Qvaladze qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarı ilə işlərə baxılıb.
“12 iş üzrə iddia təmin edilməyib. Yeddi iş üzrə iddia aidiyyəti üzrə göndərilib”.
Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin qərarları ilə inzibati işlərə baxılıb.
“Onlardan 15 iş üzrə iddia təmin edilməyib. Dörd iş isə aidiyyəti üzrə göndərilib. Şirvan Apellyasiya Məhkəməsindən isə 24 ərizə daxil olub, onlardan 16 iddia təmin olunmayıb. Dörd ərizə isə mümkün sayılmayıb, bir ərizə isə aidiyyəti üzrə göndərilib”, - deyə o əlavə edib.
Rafael Qvaladze qeyd edib ki, prokurorluq orqanlarından seçki hüquqlarının pozulması ilə bağlı 67 müraciət daxil olub.
“Daxil olan bütün müraciətlər araşdırılıb. Dairə seçki komissiyalarının protokollarının yekunlarına təsir edən hal aşkarlanmayıb”, - deyə o bildirib.
Aqşin Kərimov
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılmalıdır? - Ali Məhkəmənin mövqeyi
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- Ali Məhkəmədə iqlim dəyişikliyi ilə bağlı tədbir keçirilib