Bakıda daha bir yol təmirə bağlanıb.
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a bildiriblər ki, hazırda Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Aşıq Molla Cüma küçəsi və Mustafa Kamal Atatürk prospektindən istifadə etmələri tövsiyə olunur. (Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.)