Kremldə Rusiya, İran və Azərbaycan liderlərinin ilin 2-ci yarısında Bakıda görüşünə hazırlıq aparıldığını təsdiqləyiblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, belə görüşə hazırlıq gedir və keçirilmə vaxtı tam razılaşdırılıb təsdiq olunduqdan sonra biz məlumat verəcəyik”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl KİV yaxın vaxtlarda Bakıda prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putinin görüşəcəyi barədə məlumat yaymışdılar.