Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"8 Noyabr - Qələbə Gününü, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürur hissi ilə anıram", - deyə paylaşımda bildirilir.
On the occasion of 8 November – Victory Day, I proudly honor the heroism and unity of the Azerbaijani people and Armed Forces, who through the 44-Day Patriotic War ensured the liberation of Shusha and the restoration of territorial integrity and historical justice.🇦🇿#VictoryDay… pic.twitter.com/XuAA9dSFh0
— Amb. Kuban OMURALIEV (@KubanOmurali) November 8, 2025