Latviya prezidenti Raymonds Veyonis mart ayında Azərbaycana səfər edəcək.
Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Latviya prezidentinin ofisindən Report-a məlumat verilib.
Məlumata əsasən, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək.
Səfər zamanı R.Veyonis Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
N.О.