Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lavrov Bakıya gəlir
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıya səfər edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Lavrov Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
“Dekabrın 14-də Sergey Lavrov QİƏT-in xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Bakıya səfər edəcək. Tədbir zamanı Azərbaycanın QDİƏT-dəki yarımillik sədrliyinin yekunları müzakirə ediləcək, - Zaxarova deyib. - İqtisadi əməkdaşlıq sahəsi ilə bağlı regional gündəliyə daxil olan bir çox məsələlər müzakirə ediləcək”.
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"