Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana işgüzar səfərə gəlir.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata əsasən, səfər çərçivəsində Sergey Lavrovun iyulun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Rusiyanın XİN rəhbərinin Azərbaycana səfəri iki gün davam edəcək.